Xəbər lenti

Təkcə sahibkarlar tərəfindən necə gəldi inşa edilən yaşayış binalarında deyil, bəzi böyük biznes mərkəzləri, xəstəxanalar, klinikalar, şadlıq evləri, otellər, iaşə obyektlərinin tikintisi zamanı da normativlərin pozulduğunu müşahidə etmək mümkündür.

 

Bizimaz.az: Bu sözləri Axar.az-a əmlak üzrə mütəxəssis Elnur Fərzəliyev Bakı şəhərində tikinti normalarının daha ciddi qorunması barədə danışarkən deyib.

E.Fərzəliyev bildirib ki, Bakı şəhərində yaşanan sıxlığın səbəbi də məhz tikinti normasının gözlənilməməsidir:

“Paytaxtın əksər ərazilərində göydələnlərin bir-birinə çox yaxın tikilməsi müəyyən problemlərlə nəticələnir. Binalar arası məsafələr binanın gündürlüyündən 1,5 dəfə çox olmalıdır. Hər binanın mənzil sayına uyğun avtomobil qarajları, həyəti, yaşıllıqları olmalıdır. Paytaxtın əksər hissəsində bu normativlərə əməl olunmayıb. Bu normativlər təkcə yaşayış binaları üçün keçərli deyil, inzibati binaların inşası zamanı da bəzi qaydalara əməl edilməlidir”.

E.Fərzəliyev bildirib ki, tikintilər zamanı normativə riayət edilməməsi qanun pozuntusudur:

“Tikinti şirkətlərinin normativlərə əməl etməməsi qanun pozuntusudur, ancaq ona şərait yaradan qurumlar da məsuliyyətli olmalıdır. Bu gün sıx tikilən binaların hər hansısa birində yaranmış qəzalı durumla bağlı bina sökülməli olsa, ətrafındakı bütün binalara ziyan dəyəcək. Bir binanı inşa edərkən gələcəkdə onun sökülməsini də nəzərə almaq lazımdır”.

Ekspertin sözlərinə görə, bugünki şəhərsalma normativləri ən son 1986-cı ildə təsdiq olunub:

“1986-cı ildə Bakının əhalisi təxminən 1 700 000 nəfər idi. Sovet dövründə salınmış məhəllələr və onların ara məsafələri, yaşıllıqlar həmin ərazinin əhali sayına uyğun hesablanıb qurulmuşdu. Bu gün paytaxt əhalisinin sayı iki dəfə artıb. Lakin genişləndirmələr etmək əvəzinə şəhərin işində yeni bir şəhər salınıb. Hətta əksər ərazilərdə köhnə yaşayış binalarının arasında tikilmiş yeni tikililər öz sanitar qovşaq xətlərini həmin binalar və həmin saya uyğun cəkilmiş kanalizasiya və su xətlərinə qoşub. Bu gün yağış yağandan sonra şəhərin bəzi ərazilərində kanalizasiyaların daşmasına, əraziləri su basmasına bu kimi normaların pozulması səbəb olur.

Axı kanalizasiya xətlərinin gücü çatmır bunu tənzimləməyə. Əgər şəhərsalmada bütün normalar qorunsaydı, bu kimi problemlər ortaya çımzadı. Göydələnlərin əksəriyyəti yolun tam kənarında inşa olunub və alt mərtəbələri əsasən ticarət obyektləridir. Əksər hallarda isə həmin ticarət obyektlərinin qarşısında avtomobillərin dayanması ücün yerlər belə nəzərdə tutulmayıb”.

Ekspert qeyd edib ki, bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti şərtlərini sərtləşdirib. Daha doğrusu tikinti şirkətlərindən tikintilərini normativlərə uyğun tikməyi tələb edir:

“Ancaq çox təəssüflər olsun ki, həmin normativlərə uyğun binaların inşa olunması üçün paytaxtda torpaq sahələri qalmayıb”.

Çıxış yollarından danışan ekspert bildirib ki, paytaxtı xilas etmənin yeganə yolu Ağ Şəhər layihəsinin digər ərazilərdə də tətbiq olunmasıdır:

“Dövlət vətəndaşları digər ərazilərə köcürür, yaxyd kompensasiyalar verir və yaxud tikiləcək ərazilərdə vətəndaşları evlə təmin edir. Bu halda boş ərazilər tikinti şirkətlərinə təqdim olunur və yalnız dövlətin təqdim etdiyi layihə üzərindən tikinti işləri aparılır. Düşünürəm ki, əlavə çıxış yollarını da axtarıb tapmaq mütləqdir. Ağ Şəhər layihəsi kimi layihələr çox olmalı, şəhər boşaldılmalıdır”.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov