Xəbər lenti

 
 

Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsini hər il həyata keçirir.

 

Proqrama müraciət mexanizmi çox sadədir. Müsabiqəyə müraciət Gənclər Fondunun rəsmi saytı və GencApp mobil tətbiqetməsi vasitəsilə mümkündür.

Proqramdan kimlər yararlana bilər?

- Milli qəhrəman övladları;

- Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;

- I qrup əlil valideyni olan gənclər;

- Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;

- Aztəminatlı ailədən olan gənclər.

Qiymətləndirmə Prosesi aşağıdakı kimidir:

Azərbaycan Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, eyni zamanda, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələrinin iştirakı ilə onlayn qaydada təqdim edilmiş müraciətlər hərtərəfli təhlil edilərək qaliblər müəyyənləşdirilir.

Birinci müsabiqə 2-18 noyabr 2018-ci ildə baş tutub.

Sənəd təqdim etmiş tələbələrin ümumi sayı 724, qalib olmuş tələbələrin sayı 237, qalib olmuş tələbələrin gender üzrə bölgüsü 133 qız, 104 oğlan olub.

226 əyani, 11 qiyabi təhsil alan tələbə qalib olub.

215 bakalavr, 22 magistr təhsil pilləsində olan tələbə qalib seçilib.

İkinci müsabiqə 11 iyun-19 iyul 2019-cu ildə baş tutub.

Sənəd təqdim etmiş tələbələrin ümumi sayı 1151, qalib olmuş tələbələrin sayı 425, qalib olmuş tələbələrin gender üzrə bölgüsü 285 qız, 140 oğlan təşkil edib.

406 əyani, 19 qiyabi tələbə qalib olub. Bunlardan 353-ü bakalavr, 29-u magistr təhsil pilləsində olan tələbələrdir.

Ali təhsil müəssisəsi tələbəsinin sayı 382, orta-ixtisas təhsili müəssisəsi tələbəsi 43, ali təhsil müəssisəsi 36, orta-ixtisas təhsili müəssisəsi 18 təşkil edib.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov