Xəbər lenti

 
UNEC-də ilk dəfə olaraq “Smart tələbə kartı”nın təqdimolunma mərasimi keçirilib.
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və UNEC-in təşəbbüsü, “Kapital Bank” və “Mastercard”ın dəstəyi ilə həyata keçirilən “Smart tələbə kartı” layihəsi Azərbaycan Prezidentinin Sərəncamına əsasən təsdiq edilən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə həyata keçirilib.
 
Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, UNEC-in rektoru, professor Ədalət Muradov, “Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar, bank rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, Təhsil Nazirliyinin rəsmiləri, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak ediblər.
 
Rektor Ədalət Muradov UNEC-də dünyanın aparıcı universitetlərinin tətbiq etdiyi “Smart tələbə kartı” ilə bağlı iki il öncədən hazırlıqlara başlanıldığını bildirib. Layihənin uğurla nəticələndiyini deyən rektor, UNEC tələbələrinin ölkədə ilk dəfə olaraq tətbiq olunan smart tələbə kartlarına sahib olmalarından qürur duyduğunu ifadə edib. Professor Ədalət Muradov UNEC-də son 5 ildə uğurla tətbiq olunan Elektron Universitet Modelinin üstünlüklərindən söz açıb, “Smart tələbə kartı”nın həmin model çərçivəsində həyata keçirildiyini qeyd edib.
 
Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev Azərbaycan Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçicvəsində həyata keçirilən bu layihənin müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafında mühüm dəstək olacağını qeyd edib. Ali təhsil müsəssisələrinin tələbələrinin bu layihəyə cəlb edilməsinin bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaratdığını vurğulayıb. “Smart tələbə kartı”nın ölkə ali təhsil müəssisələri arasında ilk dəfə UNEC-də tətbiqinin təsadüfi olmadığını deyən Mərkəzi Bankın rəsmisi, universitetin son 5 ildə innovativ layihələri ilə öndə olduğunu diqqətə çatdırıb.
 
Təhsil nazirinin müavini Firudin Qurbanov dünyanın aparıcı universitetlərinin “Smart tələbə kartı” təcrübəsinin Azərbaycan universitetlərində tətbiqini yüksək qiymətləndirərək, kartın əhəmiyyətindən danışıb. Nazir müavini bildirib ki, bununla bağlı, ali təhsil müəssisələrində mövcud olan tələbə biletinin yeni vahid standartının təsdiq edilməsi, onun əsasında müasir ödəniş funksionallı tələbə kartlarının hazırlanması və ölkədə təhsil alan tələbələrə təqdim olunması istiqamətində işlər aparılır. 
 
Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar Azərbaycanda belə bir layihənin ilk dəfə reallaşdırılmasında iştirak etdiklərindən qurur duyduğunu bildirib və smart tələbə kartının tələbələrə verəcəyi üstünlüklərindən danışıb.
 
Sonra Kapital Bankın nümayəndəsi smart tələbə kartı barədə təqdimat nümayiş etdirib. Bildirilib ki, kart vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirəcəklər. Regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək. Tələbələr smart kartı universitetə, UNEC-in 24/7 kitabxanasına və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunmasının nəzərdə tutulduğu vurğulanıb.
 
Sonda UNEC-in birinci kursunda oxuyan 20 nəfər Prezident Təqadüçüsünə smart tələbə kartları təqdim olunub.
 
 

 istinad

 
 
 
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov