Vətəndaşlar iaşə obyektlərində onlara nərə balığı adı altında balıq verilərkən diqqətli olmalıdırlar. Bizdə o qədər nərə balığı yoxdur. Su hövzələrimizdə balıq ehtiyatlarımız istədiyimiz səviyyədə deyil. Əvvəllər təqdim olunan balıqların cəmi 10 faizi yetişdirilmiş, 90 faizi isə dənizlərdən, çaylardan, göllərdən tutulan balıqlar olurdu. İndi isə bu nisbət 50-50-dir.
Bizimaz.az: Axar.az xəbər verir ki, bunu YAP-ın qərargahında mətbuat konfransı keçirən Ekologiya və Təbii Sərbətlər naziri Muxtar Babayev bildirib.
O qeyd edib ki, Azərbaycanda da balıqçılıq təsərrüfatlarının yaradılması və bazara çıxarılması prosesi gedir:
“Bəziləri daha səmərəli çalışır. Xüsusən rayonlarda daha mütərəqqi texnologiyalarla fəaliyyət göstərən müəssisələr var. Biz bilməliyik ki, sahillərdə, nohurlarda yetişdirilmiş balıqlar təbii yolla yetişmiş balıqların dadını verməyəcək. Balıq nə yeyirsə, onun da tamını verəcək. Biz yediyimiz məhsula çox ehtiyatla yanaşmalıyıq. Bizdə o qədər nərə balığı yoxdur. Nərə balıqlarının sahillərdə yetişdirilməsi, onların yemlənməsi çox ciddi nəzarətdə saxlanlılmalıdr”.