Xəbər lenti



Bu gün Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı növbəti məhkəmə prosesi keçirilib.
Bizimaz.az: BAKU.WS 
“demokrat.az”a istinadən xəbər verir ki, Zümrüd Yağmuru məhkəmədə vəkili təmsil etsə də, Fuad Qəhrəmanlı və vəkili ümumiyyətlə prosesə qatılmayıb. Oktyabrın 17-si saat 15:00-a təxirə salınan növbəti məhkəmədə F.Qəhrəmanlının qızı Sənay Yağmurun ifadə verməsi gözlənilir.

Zümrüd Yağmurun vəkili bildirib ki, Fuad Qəhrəmanlı xüsusi qəddarlıqla ailəsinə işgəncələr verib və son olaylardan sonra həyat yoldaşını və qızı Sənayı yaşadığı evdən qovub.

O bildirib ki, Selcan Yağmurun məlum status və video müraciətindən sonra F.Qəhrəmanlı hər iki qızından da imtina edib.

Vəkilin sözlərinə görə, Zümrüd Yağmur F.Qəhrəmanlıya qarşı əmlak iddiası da qaldıracaq:

“Bununla bağlı məhkəməyə ayrıca müraciətimiz olacaq. Çünki birgə yaşadıqları ev təkcə Fuada deyil, həm də Zümrüdə və qızlarına məxsusdur. Hazırda Zümrüd və qızı Sənay başqa ünvanda yaşayırlar”.

Məhkəmə prosesində iştirak edən jurnalistlərin zaldan çıxarılmasını və məhkəmənin qapalı keçirilməsini tələb edən vəkil bundan sonra hakimin heç bir suallarına cavab verməyib.

Hətta bir qədər də irəli gedərək, “Necə istəyirsiniz qərar çıxarın, istəyirsiniz Sənayı yetimlər evinə verin” deyərək, prosesin sonunu gözləmədən zalı yarımçıq tərk edib.

Məhkəmə zamanı diqqətçəkən məqamlardan biri həm özü, həm də azyaşlı qızları ağır şiddətə və qeyri-insani rəftara məruz qaldığı halda Zümrüd Yağmurun baş verənləri ictimaiyyətdən gizlətmək istəyi olub.

Qadın qüruru bu dəfə də öz sözünü deyib və vəkili vasitəsilə “İstəyirsiniz Sənayı yetimlər evinə verin” deyərək, yenidən ailəsinin nüfuzunu qorumağa çalışıb.

“Bu Zümrüdün ailə problemidir, ictimailəşməsini istəmir” deyən vəkilin sözlərindən çıxan məntiqi nəticə budur.

Bu arada qarşı tərəf, yəni Fuad Qəhrəmanlı isə AXCP-yə yaxın sosial media hesablarında qızının intim görüntülərini tirajlamaqla “aydan arı, sudan duru” çıxmağa çalışır. Guya o yaxşı atadır, sadəcə qızları əxlaqsızdır.

F.Qəhrəmanlı bu məsələdə də Z.Yağmura 1:0 uduzub. Döyülən, söyülən, şiddətə məruz qalan qadın ailəsinin nüfuzunu qoruduğu halda döyənin, söyənin, sadistin biri özü haqqında “yaxşı kişi” obrazı yaratmağa çalışır.

Heç şübhəsiz bütün bunlar təsadüfi deyil. F.Qəhrəmanlı adlı siyasi kələkbaz öz maraqlarını hər şeydən, hətta doğma övladlarından da üstün tutur və bütün bu yalanları tirajlamaqda məqsədi yenidən “siyasi statusu”nu bərpa etməkdir.

AXCP sədrinin müavinliyindən istefa verdiyini və siyasətdən getdiyini bəyan edən F.Qəhrəmanlı Milli Şuranın piketində görünürsə, demək onun “missiyası” hələ başa çatmayıb.

Bir halda ki, Milli Şuranın “başbilənləri” – Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli aksiyaya qatılmayıb, o halda məxsusi olaraq F.Qəhrəmanlının piketdə iştirakı hansı məqsədlərə xidmət edir? Hakimiyyətə işlədiyinə dair məlum səsyazısından sonra özünü həm də cəbhəçi dostlarının yanında təmizə çıxarmaq istəyən Fuadın “Mən qızlarımı bağışlayıram, bütün hallarda mənim övladlarımdır” bəyanatının ardınca onları növbəti şiddətə məruz qoyaraq, evdən qoyması əsl “yurdçu xisləti”inin təzahürüdür.

AXCP sədri Əli Kərimli ilə yaxın münasibətləri olan, onunla birlikdə təhsil alan tələbə yoldaşlarının və keçmiş əqidə yoldaşlarının yekdil fikri var:

Əli Kərimli hətta “böyük bayıra” gedəndə belə siyasi manevrlər edir və bu xisləti onun “yurdçu” dostlarına da sirayət edib.

Köhnə “komsomolçu”nun bir zamanlar cani-qəlbdən müdafiə etdiyi sovet ideologiyasına xəyanəti ilə başlayan bu yol ardınca Əbülfəz Elçibəyə, əqidə dostlarına, tələbə yoldaşlarına, müxalifətə və Azərbaycanın milli maraqlarına xəyanətə qədər uzanır.

Necə deyərlər, “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Vaxtilə AXCP sədrinə, yəni Əbülfəz Elçibəyə xəyanət edən Ə.Kərimli bu gün AXCP sədri olaraq F.Qəhrəmanlı xəyənətkarlığı ilə üzləşib.

Necə ki, o zamanlar Ə.Elçibəy bunu bilə-bilə heç bir tədbir görə bilmirdi, hazırda da Ə.Kərimli F.Qəhrəmanlı xəyanəti qarşısında acizdir.

Məhz bu səbəbdəndir ki, Fuad Qəhrəmanlı Milli Şuranın aksiyasında öndə gedir, özünü yenidən siyasi realizə etməyə çalışır.
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov