"Hazırda bəzi məktəblərdə şagird sıxlığı problemi mövcuddur".
Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, bu sahədə ölkə üzrə göstəricilərə baxdıqda orta məktəblərdə şagird sayı qanunvericiliyə uyğundur: "Ancaq bir sıra məktəblərdə sıxlıq müşahidə olunur. Bu məsələnin tənzimlənməsi üçün bəzi hallarda iki növbəli tədris təşkil olunur. Məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq".
istinad