"Məktəbəqədər təhsil, evdə öyrənmə mühiti, valideynlərin uşaqların təhsilində iştirakı şagirdlərin təlim nailiyyətlərinə ciddi təsir göstərir".
Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.
Onun sözlərinə görə, məkətəbəqədər təhsil uşaqların gələcək inkişafına çox yüksək təsir göstərir: "Evdəki təhsil mühiti də uşaqların təhsilinə çox ciddi şəkildə təsir edir. Təəssüf ki, bu göstəricilər üzrə də ölkəmizin nəticələri aşağı sıralardadır. Bununla yanaşı, valideynlərin uşaqların təhsilində rolu uşaqların təlim nailiyyətlərinə təsir edən amil kimi götürülür. Təəssüf ki, bu göstərici də ölkəmizdə aşağı səviyyədədir".(Report)