Azərbaycanda 22 yaşlı ana və 23 yaşlı atanın beş uşağı var.

 


Bizimaz.az: BAKU.WS 
xəbər verir ki, gənc cütlük uşaqlara sahib çıxmaqdan imtina edib.

Azyaşlılar hazırda "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın yaratdığı Qadın və Uşaq Sığınacağındadır. 

Uşaqlara nənə himayədarlıq edir. Gənc ata-ana aradabir sığınacağa gələrək uşaqları ziyarət edirlər.

Zeynalova deyir ki, nənə olmasa, çox güman ki uşaqlar körpələr evinə yerləşdiriləcək.