Azərbaycanlılar Türkiyəyə təkcə istirahət üçün deyil, həm də daimi yaşamaq üçün üz tuturlar. Bizimaz.az: BAKU.WS xəbər verir ki, həmyerlilərimiz Türkiyədə daşınmaz əmlakın alınması üzrə statistikada ön sıralarda qərarlaşıb. Türkiyənin Statistika İnstitutunun yaydığı məlumatda qeyd olunur ki, soydaşlarımız 2019-cu ilin iyulunda Türkiyədə 92 mənzil alıb ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 26 faiz artım deməkdir.
İlin əvvəlindən iyulun sonuna kimi azərbaycanlılar Türkiyədə 623 mənzil alıb.
Türkiyədə daşınmaz əmlak alan digər ölkə vətəndaşlarının statistikası belədir: İraq - 734, İran - 464, Küveyt - 219, Səudiyyə Ərəbistanı - 218, Rusiya - 215, Əfqanıstan - 163, Almaniya - 158, Yəmən - 140, İordaniya - 139, Böyük Britaniya - 124, Fələstin - 109, Misir - 107. Liviya - 106, İsveç - 96.