Azərbaycanda polisin ictimai qaydanı və təhlükəsizliyi təmin etmə ilə bağlı hüquqları artırılır.
Bununla bağlı “Polis haqqında” qanunun 18-ci (İctimai qaydanın və ictimai təhlükəsizliyin təmine dilməsi sahəsində polis əməkdaşının hüquqları) maddəsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən inzibati xəta törətmiş şəxs barəsində eyni zamanda axtarış aparmaq da polisin hüquqlarına aid olacaq.
Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.