İsmayıllı rayonuna güclü dolu düşüb. Yağan dolu bir sıra fəsadlarla yadda qalıb.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, təxminən fındıq boyda olan dolu ayrı-ayrı təsərrüfat sahələrinə, xüsusən də meyvə-tərəvəz və taxıl sahələrinə ziyan vurub.
Yerli sakinlərin sözlərinə görə, dolu yağışı saat 11:00 radələrində başlayıb və təxminən 10 dəqiqə davam edib. Güclü küləklə müşayiət olunan dolunun ardınca leysan xarakterli güclü yağış yağıb.