Xəbər lenti


Ziya Məmmədovun nəqliyyat naziri olduğu dövrdə alınaraq Bakıya gətirilən avtobuslar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəfələrlə hərraca çıxarılsa da, satılmır.

 

Bizimaz.az xəbər verir ki, vaxtilə istifadə edilən Almaniya və Koreyadan alınan avtobuslar artıq 2 ildir ki, hərraca təqdim edilir. Lakin indiyə qədər alıcı tapılmayıb. Auksiona ümumilikdə 35 avtobus təqdim edilib ki, onlardan 27-si “Daevoo BC212MA”, 8-i isə “Man Lion S Klassik A-74” markalı avtobuslardır. 2008-2009-cu il istehsalı olan bu avtobuslar Azərbaycana 2008-2010-cu illərdə gətirilib.

Dəfələrlə eyni qiymətlə hərraca təqdim edilən avtobuslara alıcı olmadığı üçün qiyməti demək olar ki, yarı-yarıya endirilib. Belə ki, ilk hərracda 22.500 manata təqdim edilən “Man Lion S Klassik A-74” avtobusları sonuncu hərracda 18.750 manata təqdim edilmişdi. Bu hərracda isə 12.500 manata təqdim edilib.

İlkin endirilmiş qiyməti 12.150 manata olan “Daevoo BC212MA” avtobusları isə indi 6.750 manata satışa çıxarılıb.

Xatırladaq ki, fəaliyyəti ləğv edilən Nəqliyyat Nazirliyi tərəfindən ölkəyə gətirilən bu avtobusların satışı üçün hərrac 9 aprel tarixində həyata keçiriləcək.

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov