Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi nəticəsində həm Cənubi Qafqaz regionunda, həm də ölkəmizin işğal olunmuş ərazilərində ekoloji vəziyyət təhlükə altındadır.
Azərbaycanın Efiopiyadakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Keniyanın Nayrobi şəhərində keçirilmiş BMT-nin Ətraf Mühit üzrə 3-cü Assambleyasında çıxışında deyib.
F.Əliyev tədbir iştirakçılarına son illər ərzində Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində əldə etdiyi uğurlarından bəhs edərək, ölkədə bu istiqamətdə həyata keçirilən fəaliyyətlər, o cümlədən su ehtiyatlarının və təhlükəli tullantıların səmərəli idarə olunması, meşəsalma tədbirləri, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, milli monitorinq və hidrometeorologiya sisteminin modernləşdirilməsi barədə geniş auditoriyaya məlumat verib.
Nazir müavini
Ermənistanın Azərbaycan torpaqlarının 20%-i işğal etdiyini və bunun nəticəsində həm Cənubi
Qafqaz regionunda, həm də ölkəmizin işğal olunmuş ərazilərində ekoloji vəziyyətin təhlükə altında olduğunu, eləcə də
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş hədəflərə çatmaq üçün davamlı inkişaf gündəliyində duran məsələlərin həllində əngəllər yaratdığını görüş iştirakçılarının diqqətinə çatdırıb.