Bakı Dövlət Sirki martın 16-dan etibarən yeni proqrama başlayacaq.
"Baharın 18-ci anı" adlı proqramda ilk dəfə olaraq Nikaraquanın dünya şöhrətli sirk ulduzu Filip Delqadonun attraksionları nümayiş olunacaq, tamaşaçılar bir-birindən maraqlı nömrələri izləyə biləcəklər. Proqramda ekzotik və yırtıcı heyvanlar, “Cəsarət çarxı”, möhtəşəm illuziya şousu nümayiş olunacaq, janqlyorlar, kəndirbazlar, akrobatlar qrupu, şən klonlar və s. müxtəlif maraqlı nömrələr göstərəcəklər.
Proqram 2 saat davam edəcək. Biletlərin qiyməti 10-20 manat arasındadır. Seanslar saat 12, 15 və 19-da olacaq.
Biletlər sirkin kassalarında, metronun “28 May”, “Əcəmi” və “Neftçilər” stansiyalarının çıxışlarında sayyar kassalarda satılacaq.