Xəbər lenti


Bakı Metropoliteni bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək, metropolitenin iş vaxtı 1 saat uzadılacaq.

Metropolitendən  verilən məlumata görə, 2023-cü il yanvarın 4-dək davam edəcək bayram və istirahət günlərində şəhər mərkəzinə, həmçinin bayram gəzintiləri və müxtəlif kütləvi-mədəni tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq.

 
 

 

 

Sərnişin axını nəzərə alınmaqla, bayram günlərində qatarların hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Bununla əlaqədar dekabrın 31-i qeyri-iş günü hesab olunsa da, saat 9:00-dan 21:00-dək “Həzi Aslanov-28 May” sahəsində hərəkət edən qatarlar arasındakı interval 2.5 dəqiqə, 2023-cü ilin 1-4 yanvar tarixlərində isə 3 dəqiqəyə bərabər olacaq. Lakin mümkün sərnişin sıxlığı nəzərə alınmaqla, günün istənilən vaxtında xətlərə buraxılmaq üçün ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə xəttə çıxarılacaq.


“Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, dekabr 31-i şənbə, sonrakı qeyri-iş günlərində isə bazar gününə uyğun cədvəllərdən istifadə etsinlər.

2023-cü il yanvar ayının 1-nə keçən gecə Yeni ilin gəlişi ilə əlaqədar ənənəvi şəhər gəzintisinə çıxacaq şəhər sakinləri və qonaqların maraqları nəzərə alınaraq, Bakı metropoliteninin iş rejimi 1 saat uzadılacaq. Bu səbəbdən bütün stansiyalar yanvar ayının 1-i saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Qatarlar sonuncu sərnişinlər metropoliten stansiyalarını tərk edənə qədər xətlərdə hərəkət edəcək.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov