Medianın beynəlxalq standartlara çatması daim gündəmdə olan məsələdir və "Global Media Group" tərəfindən bu sahədə atdığı addım təqdirə layiqdir.

 

 
 
 

Bizimaz.az  report-a istinadən xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Rəşad Məcid "Global Media Group"un şirkətlərinə İSO setrtifikatının təqdim etmə mərasimində deyib.

O bildirib ki, bu gün medianın aparıcı orqanlarından olan "Oxu.az", "Report.az", Baku TV göstərdiyi keyfiyyətli xidmətin bəhrəsini gördü:

"Belə ki, "Global Media Group" öz dinamikliyi ilə yerli mediaya yeni nəfəs gətirib. Düşünürəm ki, bu gün də yeni standartlara yaxınlaşma baxımından layiq görülən sertifikatlarının da xüsusi rolu var. Ümid edirəm ki, bundan sonra digər media qurumları da bu sertifikatları almaq üçün cəhd edərlər".