İlin əvvəlindən ölkə əhalisinin sayı 48408 nəfər və ya 0,5 faiz artaraq 2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 10204774 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.