“Azərbaycanda təkuşaqlı ailələrdəki oğlanlar müharibəyə göndərilməməlidir”.
Bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2023-cü ilin büdcə sənədlərinin müzakirəsi zamanı deyib.
“Onsuz da Azərbaycanda ailələrdə uşaqların sayı ildən-ilə azalır. Ona görə də, təkuşaqlı ailələrdəki oğlanları döyüşlərə, cəbhəyə aparmaq lazım deyil. Vətən müharibəsində bəziləri aparıldı, amma bu, düzgün deyildi”, - deyə Sabir Rüstəmxanlı əlavə edib.