2021-ci ildə ölkəyə gələn xarici ölkə vətəndaşlarının sayı ümumilikdə 792 min nəfər təşkil edib.
Trend Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən xəbər verir ki, 2021-ci ildə sərhəd keçid məntəqələrində pandemiya məhdudiyyətlərinin davam etməsi Azərbaycana gələn əcnəbi vətəndaşların sayına əhəmiyyətli dərəcədə təsir göstərməyə davam edib, bu isə öz növbəsində, qonşu ölkələrin gəlmə sayındakı payının artması ilə nəticələnib. Ən çox əcnəbinin gəldiyi ilk 15 ölkə arasında qonşu ölkələrin payı xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycana gələn əcnəbi vətəndaşların sayına görə Rusiya ilk pillədə qərarlaşıb ki (258,3 min), onu müvafiq olaraq Türkiyə (197,9 min), İran (125,3 min) və Gürcüstan (62,6 min) izləyib.