Xəbər lenti


Niyazi Bayramov yüksək bal toplayan məzunlarla görüşdü

Gəncədə ali məktəblərə yüksək balla qəbul olan abituriyentlərlə görüş keçirilib.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, məzunlarla görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və təhsil işçiləri iştirak ediblər.

Niyazi Bayramov çıxışında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdikləri xüsusi diqqət və qayğıdan bəhs edib. O bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına şərait yaradır.

Anar Qədiməliyev çıxışında bildirib ki, 2021-2022-ci tədris ilində Gəncə şəhər ümumtəhsil məktəblərini 2816 nəfər məzun bitirib ki, bunlardan da 1249 nəfəri respublikanın ali məktəblərinə, 158 nəfəri  xarici ölkələrin ali məktəblərinə qəbul olublar. Anar Qədiməliyev onu da qeyd edib ki, 49 nəfər məzun 600-dən, 12 nəfər isə 650-dən yuxarı bal toplayıb. Bununla yanaşı, Gəncə şəhər M.C. Paşayev adına 39 nömrəli tam orta məktəbin 11B sinfinin bütün məzunlarının ali məktəbə daxil olduğunu vurğulayıb.

Daha sonra məzunlara hədiyyələr təqdim olunub. Bununla yanaşı, Niyazi Bayramov Gəncə şəhər M.C. Paşayev adına 39 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, 11B sinfinin rəhbəri Jalə Məmmədovanı Gəncə şəhərinin təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” ilə təltif edib.

 

 



 
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov