Məscid və digər ibadət yerlərinə gələn şəxslər tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidir.

 

Bizimaz.az bildirir ki,  QMİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, ibadət yerində olarkən onların arasındakı məsafə 4 bir tərəfdən minimum 1,5 metr, sahə imkan verdikdə isə daha çox olmalı, məsciddə ibadət etmək istəyən şəxslər təharətli olmalı, dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidir.

Qeyd edilib ki, ibadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət) bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.

Bununla yanaşı, azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilməyəcək.

COVID-19 pasportu və ya immunitet sertifikatı olmayanların dini ayinlər icra etməsinə icazə verilməyəcək.