“Azərbaycanda Palçıq Vulkanları Dövlət Təbiət Qoruğunun bazasında geoloji park yaradılacaq”.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, həmin parkda təsərrüfat fəaliyyəti mümkün olacaq: “Parka turistlərin gediş-gəlişinə şərait yaradılacaq”.