Xəbər lenti

Baş həkim Milli Onkologiya Mərkəzinin qarşısındakı sıxlıqdan danışdı
 

Sosial şəbəkələrdə Milli Onkologiya Mərkəzində çəkilən şəkil geniş müzakirələrə səbəb olub. Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, fotonun bu gün səhər saatlarında çəkildiyi və insanların karantin qaydalarına riayət etməsinə nəzarətin zəif olduğu qeyd edilir.

 

Məsələ ilə bağlı Milli Onkologiya Mərkəzi ilə əlaqə saxlanılıb. Mərkəzin baş həkimi Azad Kərimli oxu.az-a açıqlamasında fotonun mərkəzin həyətində çəkildiyini təsdiqləyib.

O bildirib ki, fotonun hansı tarixdə çəkildiyini demək mümkün olmasa da, bildirmək istəyirəm ki, Nazirlər Kabinetinin qərarına əsasən, vətəndaşların karantin qaydalarına riayət etməsi üçün bütün zəruri şərait yaradılıb:

“Biz həkimlərin işi müayinə və müalicə prosesini aparmaqdır. Karantin rejiminə tibb işçiləri tərəfindən riayət olunmur, yoxsa mərkəzə müraciət edən vətəndaşlar tərəfindən? Hər halda fotodan görünən odur ki, söhbət müraciət edən pasiyentlər və onları müşayiət edən şəxslərdən gedir. Ümumiyyətlə bu fotonu çəkib atan şəxs nə üçün vətəndaşa yaxınlaşıb demir ki, sıra nömrəsinə müvafiq olaraq ara məsafəni saxlayın?
Bildirmək istəyirəm ki, müraciət edən bütün xəstələrə bir-bir nömrələr paylanılıb. Həmin nömrələrə müvafiq olaraq Onkologiya Mərkəzinin həyətində yerdə nömrələr qeyd olunub. Müraciət edən şəxslər həmin nömrələrin üzərində dayanmalıdır ki, ara məsafələri qorunsun. Buna tibb işçisi heç bir şey edə bilməz, mühafizə xidmətinin əməkdaşları isə dəfələrlə xahiş edirlər. İnsanlarımız da bir qədər bu qaydalara riayət etməyə çalışsa, bu cür mənzərələr olmaz.

Mərkəzin binasında isə dəhlizlərdə, oturacaqların üzərində hətta liftdə belə karantin qaydalarına müvafiq olan yazılar yapışdırılıb. Biz tərəfdən karantin qaydalarına riayət edilir. Biz özümüz də vətəndaşların yanından keçəndə deyirik ki, ara məsafəni saxlayın. Amma insanların bu cür görüntünü çəkib paylaşmaqda məqsədi nədir, anlamırıq”.

 

 
 
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov