Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində Azərbaycanda 20984 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,0 təşkil edib.
Trend-in məlumatına görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır.
Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır.
2021-ci ilin yanvar-fevral aylarında ölkədə 13338 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil edib.