Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 457 yeni yoluxma faktı qeydə alınıb, 2 002 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 289 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 253 762 nəfər müalicə olunaraq sağalıb, 3 978 nəfər vəfat edib, aktiv xəstə sayı 31 861 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 254, ötən müddət ərzində isə ümumilikdə 3 040 386 test aparılıb.