Havada toz dumanı müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarında Bakı və Abşeron yarmadasında havada tozun miqdarının normadan çox olduğu müəyyən edilib. Müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.
Bildirilib ki, buna səbəb ölkə ərazisinə daxil olan güclü şimal-qərb istiqamətli küləklərin istehsal sahələrində və torpağın üst quru səthində formalaşan toz kütlələrini atmosferin yuxarı təbəqələrinə qaldırmasıdır.
Avtomat monitorinq stansiyalarından əldə olunan məlumata görə, havada tozun miqdarı normadan 1.4 dəfə artıqdır.