Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə koronavirusa yoluxub.
Bizimaz.az bildirir ki, bu barədə “Report”a Nazirlikdəki mənbə məlumat verib.
Məlumata görə, PCR testinin nəticəsi “müsbət” çıxmış E.Vəlizadə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti sabitdir.
Xatırladaq ki, 1964-cü il təvəllüdlü E.Vəlizadə 2007-ci ildən nazir müavinidir.