Xəbər lenti

b_500_300_16777215_00_images_xeber_sekilleri_21yanvar2021_Screenshot_54.png
                                             

 

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “31 mart - Azərbaycanlıların Soyqırımı Günü”-nə həsr olunmuş onlayn anım tədbiri keçirilib.

 

 

Tədbirdə çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 1918-1920-ci illərdə mənfur ermənilərin Azərbaycanın şəhər və rayonlarında, o cümlədən Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər ərazilərdə törətdikləri qanlı hadisələr haqqında məlumat verib. Həmçinin bildirilib ki, bu il biz Ali Baş Komandanımız və qüdrətli ordumuz sayəsində şəhidlərimizin müqəddəs ruhu qarşısında üzü ağ dayanmışıq. 44 günlük Vətən müharibəsində qazandığımız zəfəri məhz şəhid və qazilərimizə borcluyuq. Bütün şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Sonra İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov çıxış edərək ən qəddar və amansız terror hadisələrindən biri olan “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” haqqında deyib ki, mart soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifələrindən biridir. O, Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanıların soyqırımı haqqında”  fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini qeyd edib.

Daha sonra müəllimlərdən İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi Çinarə Səfərova, Səbinə Əlizadə tələbələrdən İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Aytac Hüseynova, Aqronomluq fakültəsinin II kurs tələbəsi Ülviyyə Qəhrəmanova, Aqrar mühəndislik  fakültəsinin I kurs tələbəsi Nərmin Xəlilova “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” haqqında, eləcə də müxtəlif vaxtlarda erməni daşnaklarının Azərbaycanın digər bölgələrində törətdikləri qanlı cinayətlər haqqında danışıb və şeir parçaları ilə çıxış ediblər.

b_500_300_16777215_00_images_xeber_sekilleri_21yanvar2021_Screenshot_2_1.pngb_500_300_16777215_00_images_xeber_sekilleri_21yanvar2021_Screenshot_13.png
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov