“Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarının artması ilə bağlı fikirlər səslənirdi. Bu sual hər kəsi narahat edirdi”.
Bizimaz.az xəbər verirk i, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirililən brifinqində deyib.
Onun sözlərinə görə, bu qərar ölkədəki yoluxma səviyyəsindən asılı olaraq veriləcək.
“Operativ Qərərgahın verəcəyi qərar hamımızdan asılıdır. Bu qərarlar bizim cari vəziyyətimizə uyğun olaraq verilir. Burada ən önəmli qızıl qayda var. Maska taxmaq, məsafə saxlamaq və təmizliyə əməl etmək”, - deyə Şahmar Mövsümov bildirib.