Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.
Bizimaz.az bildirir ki, Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən BAKU.WS-ə bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
Qeyd edək ki, ölkəmizdə koronavirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştamlara qarşı da effektivdir.