“Ermənilər bu illər ərzində bizim torpaqlarımızda yalnız bir bitki - narkotik əkiblər”.
Bizimaz.az bildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verib.
O bildirib ki, düşmən təbiətlə yanaşı, bəşəriyyəti məhv etməklə məşğul olub:
“Prezidentimizin elan etdiyi “Böyük qayıdış” planından irəli gələn bütün zəruri addımlar atılacaq. Planlarımız çoxdur. Biz yenidən o əraziləri bərpa edəcəyik. İlk olaraq təbiətin, ekologiyanın bərpası, yaşıllaşdırma işləri də məhz Zəngilandan başlayacaq. Ərazi minalardan təmizləndikcə planlarımızı həyata keçirəcəyik. Həmin ərazinin təbiətinə uyğun olan meşə ağacları seçiləcək və əkiləcək”.