Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

 

FHN-in Mətbuat xidmətindən BAKU.WS-ə daxil olan müraciətdə deyilir:

"Hazırda bütün dünyada davam edən pandemiya fonunda ölkəmizdə də COVID-19 virusunun yayılması insanların həyat və sağlamlığı naminə Novruz bayramının bu il ənənəvi şəkildə qeyd olunmasını arzuolunmaz edir.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, qarşıdan gələn qeyri-iş günlərini yalnız ailə üzvləri ilə keçirməyə, kütləvi məclislərdən və bir yerə toplanmaqdan çəkinməyə, şəxsi gigiyena qaydalarına riayət etməyə və qoruyucu maskadan istifadə etməyə çağırır.

Həmçinin mümkün arzuolunmaz hadisələrin qarşısını almaq üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyin vacibliyini bir daha xatırladırıq.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"