Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən, ağır yaralanan qazilərimizi ziyarət edib.
Agentlikdən bildirilib ki, ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq 24 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə gerçəkləşib. Onlardan dördünün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qazilərimizlə söhbət zamanı bildirib ki, hər birimiz Qələbəni bizə yaşatdıqları üçün onlara minnətdarıq və “YAŞAT” Fondu onların müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.