Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizmi tətbiq olunacaq.
Bizimaz.az Milli.Az -a istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, bu zaman mütərəqqi beynəlxalq təcrübə nəzərə alınacaq.
Hazırda ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işləri görülür.
Qeyd edək ki, avtobus və metro daşınması xidmətlərinin qiymətini Tarif Şurası müəyyən edir.