Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiyanın 11 şəhərindən Bakıya beynəlxalq müntəzəm uçuşların həyata keçirilməsinə icazə verib.
Bizimaz.az bildirir ki, Oxu.Az məlumat verir ki, xəbər “Rosaviasiya”nın rəsmi saytında dərc edilib.
Beləliklə, tezliklə həftədə üç dəfə olmaqla, Ufa, Krasnoyarsk, Kalininqrad, Nijni Novqorod, Həştərxan, Perm, Novosibirsk, Rostov-Don, Mahaçqala, Mineralnıye Vodı hava limanlarından Bakıya uçmaq mümkün olacaq.
Uçuşlar “Ural Hava Yolları”, “Azimut” və "Red Wings” aviaşirkətləri tərəfindən həyata keçiriləcək.
“Rosaviasiya” həmçinin “Severnıy Veter” şirkətinə Rostov-Don və Mineralnıye Vodı aeroportlarından müvəqqəti və çarter uçuşlar həyata keçirməyə lisenziya verib.
Uçuşların dəqiq vaxtı və qiyməti aviaşirkətlər tərəfindən tənzimlənəcək.