Ölkə üzrə sosial müavinət və təqaüd alanları sayı məlum olub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
“Bu gün ölkə üzrə 403 min nəfərdən çox aylıq sosial müavinət, 293 min nəfərdən çox isə təqaüd alır”, - deyə DSMF-dən qeyd edilib.