Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Azərpoçt MMC-nin baş direktoru Emin Əfəndiyev vəzifəsindən azad edilib.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik ötən aydan baş direktorun müavini olan Əfqan Cəlilova həvalə olunub.
Xatırladaq ki, Ə.Cəlilov “Azərpoçt”dan əvvəl uzun illər hazırda ləğv prosesində olan AGBank ASC-nin İdarə Heyətinin sədri olub.