2021-ci ildə Həcc ziyarətinə yollanan insanlar mütləq COVİD-19 əleyhinə peyvənd olunmalıdır
TASS agentliyi xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Səhiyyə naziri Taufik ər-Rabiyə məlumat verib.
Xatırladaq ki, 2020-ci il pandemiya səbəbi ilə Həcc ziyarətində yalnız 10 min nəfər iştirak edib. Zəvvarların 30 faizi Səudiyyə Ərəbistanı vətəndaşı, 70 faizi isə bu ölkənin xaricdə yaşayan vətəndaşları olub. Xarici ölkələrdən olan zəvvarlar isə Həcc ziyarətinə buraxılmamışdı.
Qeyd edək ki, bu il Həcc ziyarəti iyul ayına təsadüf edir.