Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilir.
Bizimaz.az bildirir ki, bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-dən bildirilib. Qeyd olunub ki, Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib. 2016-cı ilin aprelində metronun 3-cü xətti, “Bənövşəyi xətt”in “Memar Əcəmi” və “Avtovağzal” stansiyaları istifadəyə verildikdən sonra bu xəttin deposunun, “Yaşıl xətt”in “Həzi Aslanov” stansiyasının tikintisi işləri davam edir.
“Bənövşəyi xətt”in 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə “8 Noyabr” adlandırılan 3-cü stansiyası isə istismara hazırlanır və inşaatın son mərhələsi çərçivəsində texniki-istismar şərtlərinə uyğun tədbirlər icra olunur.