Xəbər lenti

 

“Purim - Yəhudi xalqının ən vacib günlərindən biridir. Bu, yəhudilərin 2500 il əvvəl ölümcül təhlükədən möcüzəvi şəkildə xilas edildiyi tarixdir. Bu il Purim, Xocalıda Azərbaycanlıların Soyqırımı Qurbanlarının Anım Gününə təsadüf etdi”.

 

Bu barədə 46 saylı Bakı Yəhudi məktəbinin direktoru, “Vaad le-atzala” Yəhudi Təşkilatının Azərbaycan filialının rəhbərinin müavini, ravvin Zamir İsayev STMEGİ portalına müsahibəsində bildirib.

“Təəssüf ki, Xocalı faciəsinin günahsız qurbanları 1992-ci il fevralın 26-da erməni cəlladlarının əlindən xilas ola bilmədi”, - deyən ravvin 613 günahsız uşağın, qadının, qocanın, silahsız insanların vəhşicəsinə öldürülməsinin heç bir hərbi məqsəd daşımadığını bildirdi.

“Bu əvvəldən düşünülmüş plan idi. Xocalı sakinlərini öldürmək üçün bu planın həyata keçirilməsi, ilk növbədə, ermənilərin etnik zəmində azərbaycanlılara olan nifrətinin diktəsi idi.

İkincisi, məqsəd silahsız azərbaycanlıları, işğala məruz qalan ərazilərin mülki əhalisini qorxutmaq və bununla da onları torpaqlarını tərk etməyə məcbur etmək idi. Beləliklə erməni quldur birləşmələri daha böyük əraziləri ələ keçirməyi özləri üçün asanlaşdırdı”.

Z.İsayev onların Qafqaz xalqlarına qarşı etnik təmizləmə siyasətini həyata keçirilməklə dünya ermənilərinin qədim arzusunu - gələcəkdə “dənizdən dənizə böyük Ermənistan” yaratmaq xəyalını yerinə yetirmək istədiklərini dedi:

“Ancaq zaman göstərdi ki, bu, erməni siyasətçilərinin sadəcə bir xülyası, bir fantaziyadır”.

Ravvin vurğuladı ki, Azərbaycan yəhudiləri də ölkədə yaşayan milli azlığın bütün nümayəndələri kimi ölkənin vətəndaşlarıdır.

“Azərbaycan xalqının faciəsi Azərbaycan yəhudilərinin də faciəsidir. Ona görə bu il də Azərbaycan xalqı ilə həmrəyik, Azərbaycanda heç bir əyləncə tədbirləri keçirilməyəcək. Hər Yəhudi sadəcə Purimin tələb olunan 4 ehkamını yerinə yetirəcək, başqa heç nə.

Bundan əlavə, Qarabağda 44 günlük müharibə zamanı torpaqların erməni işğalından azad edilməsi zamanı bir çox hərbçi şəhid oldu. Bu bizim də dərdimizdir və bunu da nəzərə alırıq. Bu iki fakta görə Purimlə əlaqəli bayram tədbiri olmayacaq”, - dedi Z.İsaev sözlərini yekunlaşdırdı.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov