"İnsanlıq tarixinin ən dəhşətli qətliamlarından biri 29 il öncə Qarabağda - Xocalıda törədilib".

 

Bizimaz.az  "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı soyqırımın 29-cu ildönümü ilə bağlı parlamentdə keçirilən tədbirdə söyləyib.

"Ürəyimizi dağlayan bu acı hadisəni yad etmək üçün bir araya gəlmişik. Vicdanı olan hər kəsi insanlıqdan utandıran bu vəhşəti şəkillərlə, rəsmlərlə, sözlərlə - hər cür yolu istifadə edərək bu qətliamı görmək istəməyən gözlərə, duymaq istəməyən qulaqlara, hiss etməyən vicdanlara hayqırmağa davam edəcəyik", - sədr bildirib.