Azərbaycanda mövcud olan media subyektləri və jurnalistlər barədə məlumatlar sistemləşdiriləcək.
Bizimaz.az Report-a istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, bununla bağlı müddəalar “Media haqqında” yeni qanun layihəsinə daxil ediləcək:
“Hazırda bu məsələ müzakirə edilməkdədir”.