Bu günün dərslikləri informasiya mənbəyindən daha çox öyrənməni asanlaşdıran soraqçaya bənzəməlidir.
Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, məktəb dərslikləri hər 4 ildən bir məzmunca yenilənir və təkmilləşdirilir:
"Son illərdə dərslik hazırlığında yeni yanaşmalar, reqla ment və prosedurlar tətbiq edilib.
Təhsil İnstitutu nəzdində Tədris Resursları Mərkəzi yaradılmış və yeni məzmun konsepsiyası əsa sında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanılıb. Eyni zamanda, dərslik hazırlığı sahəsində Sinqapur təcrü bəsindən istifadə üzrə işlərə start verilib. Xeyli vaxtdır ki, dərslik lərin elektron versiyaları da hazırlanır və bunların bir hissəsi zənginləş dirilmiş e-dərsliklər kateqoriyasına aiddir. Həmin dərsliklər mövzuya uyğun hiperlinklərlə təmin edilir ki, şagirdin daha dərin, yaxud daha ətrafı öyrənmə imkanı olsun".