Metronun açılması artıq qaçılmazdır. Metronun uzun müddət bağlı qalması ictimai nəqliyyatda gərginlik yaradır.
Bizimaz.az xəbər verir ki, bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Ekspertin sözlərinə görə, metro işləmədiyindən şəxsi minik avtomobillərindən, taksilərdən istifadə də maksimum səviyyəyə qalxıb, bu da yollarda tıxacı daha da artırır:
“Metronun işi sərnişin avtobuslarının üzərinə düşüb, ona görə də marşrutlarda sıxlıq yaranıb. Əgər metro fəaliyyətə başlasa, avtobusların da yükü azalacaq”.