"Elektrik enerjisinin tariflərinin artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bunu "Azərişıq" ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev bəzi KİV-lərdə və sosial şəbəkələrdə elüktrim enerjisi tariflərinin artırılması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

T.Mustafayevin sözlərinə görə, "Azərişıq" elektrik enerjisi tariflərinin artırılması üçün Tarif Şurasına müraciət edilməyib.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə və sosial şəbəkələrdə Tarif Şurası tərəfindən elektrik enerjisi tariflərinin artırılması ilə bağlı məlumatlar yayılmışdı. Məlumatda deyilirdi ki, Taarif Şuraısnın qərarı ilə hər kVt/s elektrik enerjisinin qiyməti 14 qəpik olub. Xatırladaq ki, hazırda əhali qrupu abunəçilər üçün 300 kVt/s-a qədər 7 qəpik, 300 kVt/s-dan artıq isə 11 qəpikdir. Qeyriəhali qrupu üçün isə qiymət hər kVt/s üçün 11 qəpikdir.