Azərbaycanın Qarabağ bölgəsində, rus sülhməramlıların nəzarətində olan əraziyə elektrik enerjisinin verilməsi dayandırılıb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, buna səbəb hava şəraiti ilə bağlı baş verən qəzadır.
Ermənistan qəzanın gün ərzində aradan qaldırılmasının mümkün olmayacağını açıqlayıb.