2020-ci ildə ətraf mühitə dəymiş ziyanla bağlı məbləğ açıqlanıb.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O deyib ki, ötən il ətraf mühitə dəymiş ziyanla bağlı 4,5 milyon manat həcmində iddia qaldırılıb.
Hikmət Əlizadənin sözlərinə görə, həmin məbləğdən 3,1 milyon manatdan artıq vəsait ödənilib:
“Bəzi işlər olur ki, iddia qaldırılır və məhkəmənin qərar çıxarılması ilə bağlı müddət tələb olunur”.