Deputat Elman Nəsirov məcburi köçkünlərin azad edilmiş ərazilərə köçürülməsi başa çatandan sonra onlara çatan imtiyazların Qarabağ müharibəsi veteranlarına verilməsini təklif edib.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bununla bağlı millət vəkili parlamentin iclasında çıxış edib.
Həmkarı Milli Məclisin komitə sədri Musa Quliyev isə cavabında məcburi köçkünlərin heç bir statusunun götürülmədiyini xatırladıb. O qeyd edib ki, köçkünlər evlərinə qayıdan günə kimi indiyə qədər onlara verilən status və imtiyazların hamısı qalacaq: “O cümlədən, övladlarına şamil edilən statuslardan da yararlanacaqlar”.