Xəbər lenti



Dünyada daşınmaz əmlak bazarı həmişə maraq dairəsində olub. İnsanlar çox vaxt paytaxt və böyük şəhərlərdə mənzil sahibi olmağa çalışırlar. Məhz bu səbəbdən də paytaxtlarda tikililər baha qiymətə olur.

 

Bizimaz.az bildirir ki, BAKU.WS-in məlumatına görə, cəmiyyətdə belə bir fikir formalaşıb ki, Bakıda mənzillər kifayət qədər baha satılır.

Qeyd edək ki, digər şəhərlərdə olduğu kimi, Bakının əmlak bazarında da həm “ekonom sinif”, həm də lüks mənzillər mövcuddur.

Məsələn, “Port Baku Residence”də müştərilərə sahəsi 250-270 kv.m olan mənzillər 1,5-1,7 milyon manata təklif olunur.

Bəs ölkəmizin paytaxtında bir kvadrat metr mənzil orta hesabla neçəyədir?

2020-ci ildə paytaxtda ikinci dərəcəli mənzilin bir kvadrat metrinin orta qiyməti 1695 manat (997 dollar) təşkil edib.

Bakıda mənzil bazarında köhnə tikililərdə evlərin hər kvadrat metrinin orta qiyməti 1695 manat (997 dollar) müəyyənləşdirilib.

Lakin təzə tikililərdə evlərin hər kvadrat metrinin orta qiyməti 1349 manat (793 dollar) müəyyənləşdirilib. Qeyd edək ki, bu binalarda mənzillər müştərilərə təmirsiz formada təklif edilir.

BAKU.WS-in müxbiri qonşu ölkələrin paytaxtlarında daşınmaz əmlak qiymətlərini araşdırıb.

Ən bahalı mənzillər Moskvada, ən ucuz evlər isə Kişinyovda təklif olunur.

Rusiyada

2020-ci ilin sonunda Rusiyanın paytaxtı Moskva şəhərində evlərin kvadrat metrinin orta dəyəri 2850 dollar təşkil edib.

Estoniya

Estoniyanın paytaxtı Tallin şəhərində evlərin kvadrat metrinin orta dəyəri 2730 dollar təşkil edib.

Belarus

Belarusun paytaxtı Minsk şəhərində evlərin kvadrat metrinin orta dəyəri 1320 dollar təşkil edib.

Ukrayna

Ukraynanın paytaxtı Kiyev şəhərində evlərin kvadrat metrinin orta dəyəri 1150 dollar təşkil edib.

Latviya

Latviyanın paytaxtı Riqa şəhərində evlərin kvadrat metrinin orta dəyəri 980 dollar təşkil edib.

Qazaxıstan

Qazaxıstanın paytaxtı Nur-Sultanda evlərin kvadrat metrinin orta dəyəri 850 dollar təşkil edib.

Ermənistan

Ermənistanın paytaxtı Yerevan şəhərində evlərin kvadrat metrinin orta dəyəri 850 dollar təşkil edib.

Gürcüstan

Gürcüstanın paytaxtı Tbilisi şəhərində evlərin kvadrat metrinin orta dəyəri 675 dollar təşkil edib.

Moldova

Moldovanın paytaxtı Kişinyov şəhərində evlərin kvadrat metrinin orta dəyəri 620 dollar təşkil edib.

Türkiyə

Türkiyənin paytaxtı Ankara şəhərində evlərin kvadrat metrinin orta dəyəri 455 dollar təşkil edib.

Türkiyənin ən böyük şəhəri olan İstanbulda evlərin kvadrat metrinin orta dəyəri 550 dollar təşkil edib.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov