“Bakı şəhəri daxil ölkə üzrə əyani təhsilin bərpası istiqamətində bütün ümumtəhsil müəssisələrində monitorinqlər keçirilib. Bunun nəticəsi ilə bağlı yanvar ayından zəruri tədbirlərin görülməsinə başlanılıb”.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın müxbirinin məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bu gün “Yuxarı siniflər və universitetlərdə ənənəvi tədrisin qismən bərpası” mövzusunda Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən keçirilən canlı yayımda məlumat verib.
O bildirib ki, karantin qaydalarına əsasən məktəblərin dezinfeksiya edilməsi üçün zəruri mal-materiallar çatdırılıb:
“Ölkə üzrə çox az sayda məktəblərdə istilik və su ilə bağlı problemlər qalmaqdadır. Bu daha çox regionlardakı məktəblərə aiddir. Lakin bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir, qısa zamanda bu kimi problemlər də öz həllini tapacaq”.